AZ

“Tramp kürdlərlə əməkdaşlığı dayandırmalıdır” - Hakan Fidan

Keçirilən birgə mətbuat konfransında Hakan Fidan deyib ki, Qəzzadakı atəşkəs davam etməli, İsrail ora humanitar yardımın çatdırılmasına bundan sonra da əngəl törətməməlidir.Türkiyə zolağın yerli əhalisinin deportasiyasına qarşıdır.

Əl-Tani isəvurğulayıb ki,ölkəsi öz yurdlarına qayıda bilməyən Qəzza sakinlərini qəbul etməyə hazırdır.

Tərəflər həmçinin Suriyanın bərpası üçün birlikdə çalışmağa hazır olduqlarını bəyan ediblər.

Hakan Fidan bir məqamın üzərində xüsusi dayanıb. O vurğulayıb ki,ABŞ-nin Suriyada kürdlərlə əməkdaşlığı dayandıracağına ümid edilər: “İnanırıq ki, cənab Tramp regionda uzun müddətdir davam edən bu səhvə son qoyacaq”.

Türkiyəli diplomat diqqətə çatdırıb ki,kürdlərin hərbi-siyasi təşkilatı olan YPG əslində İŞİD-lə mübarizəyə heç bir töhfə verməyə qadir deyil.Bu prosesdə əsas rolu Türkiyə, İraq, Suriya, İordaniya oynayıblar.

Tariyel Həsənov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr