İsrail polisi ölkənin baş nazirinin həyat yoldaşı Sara Netanyahunu araşdırır.
Publika.az xəbər verir ki, "The Times of Israel" məlumat yayıb.
Qəzet qeyd edib ki, ötən ay hüquq-mühafizə orqanları Benyamin Netanyahunun həyat yoldaşına qarşı "Qadının şahidi qorxutmağa və ərinə qarşı korrupsiya işinə müdaxilə etməyə çalışdığı" iddialarına görə iş açıb.
İstintaq dekabrın 26-da İsrail parlamentinin deputatı Naam Laziminin müraciətindən sonra başlayıb. Bu, "N12" TV-nin xəbərindən sonra, Sara Netanyahunun üç işdən birində əsas şahidə təsir etmək üçün ərinin köməkçisinə etiraz aksiyaları təşkil etməyi tapşırdığını iddia edib. Baş nazir məhkəmədə ifadə verir. Sara Netanyahu özü isə şahidlə hər hansı əlaqəsinin olduğunu təkzib edib.