ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə Asiya ölkəsinə Amerika istehsalı silah və hərbi texnikasının tədarükünün artırılması perspektivlərini müzakirə edib.
Parol.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, yanvarın 27-də keçirilən məhsuldar söhbət zamanı Tramp və Modi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsini müzakirə ediblər.