Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzərbaycanPrezidentinin köməkçisi - Prezident Administrasiyasının Xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Trend-inməlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakıhesabında məlumat yayıb.
Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentiİlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İranPrezidentinə çatdırıb.
İran Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görətəşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlhamƏliyevə çatdırılmasını xahiş edib.