Bakı. Trend:
İngiltərə Futbol Çempionatının 24-cü turunda "Arsenal" futbolklubu doğma meydanında "Mançester Siti"ni 5:1 hesabı ilə məğlubedib.
Trend-in məlumatına görə, qalib komandanın heyətində qollarıMartin Odeqard (2-ci dəqiqə), Tomas Parti (56), Mayls Lyuis-Skelli(62), Kay Havertz (76) və Ethan Nvaneri (90+3) vurublar. "MançesterSiti"nin heyətində Erlinq Holand fərqlənib.
"Arsenal" İngiltərə Premyer Liqasında məğlubiyyətsizlikseriyasını 14 matça çatdırıb.