AZ

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi

İngiltərə Futbol Çempionatının 24-cü turunda "Arsenal" futbol klubu doğma meydanında "Mançester Siti"ni 5:1 hesabı ilə məğlub edib.

Milli.Az-ın məlumatına görə, qalib komandanın heyətində qolları Martin Odeqard (2-ci dəqiqə), Tomas Parti (56), Mayls Lyuis-Skelli (62), Kay Havertz (76) və Ethan Nvaneri (90+3) vurublar. "Mançester Siti"nin heyətində Erlinq Holand fərqlənib.

"Arsenal" İngiltərə Premyer Liqasında məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıb.

Milli.Az

Seçilən
11
2
milli.az

7Mənbələr