Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Adana Dəmirspor” – “Kasımpaşa” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Göztəpə”nin qonağı olan “Alanyaspor” da səfərdən qələbə ilə qayıdıb. “Fənərbağça” isə “Rizəspor”la ev oyununda 2 erkən qol buraxmasına baxmayaraq, yekunda əzmkar qələbəyə sevinib.
22-ci tura fevralın 3-də keçiriləcək “Qaziantep” – “Qalatasaray” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
22-ci tur
31 yanvar
Eyüpspor – Sivasspor 1:0
Qol: Tiam, 89.
Konyaspor – Bodrumspor 3:1
Qollar: Y.Erdoğan, 6. Kramer, 36; 55 – Slovik, 69-öz qapısına.
1 fevral
Hatayspor – Antalyaspor 2:3
Qollar: Butobba, 30. V.Abubakar, 64-pen – Samudio, 22. Van de Strek, 39. Safuri, 86.
Kayserispor – Trabzonspor 0:0
Başakşəhər – Samsunspor 4:0
Qollar: Pyontek, 19; 58; 69. Davidson, 86.
2 fevral
Adana Dəmirspor – Kasımpaşa 3:5
Qollar: T.Kalender, 13. N.Aliui, 57. A.Aymbetov, 88 – Fall, 16; 82. Hayradinoviç, 73-pen. A.Kara, 75. C.Keleş, 79.
Göztəpə – Alanyaspor 0:1
Qol: Lima, 45+1.
Fənərbağça – Rizəspor 3:2
Qollar: Dzeko, 45+8-pen; 79. En Nesiri, 89 – Sou, 6; 13.
3 fevral
21:00. Qaziantep – Qalatasaray