AZ

Qurban Qurbanovdan məğlubiyyət şərhi - "İşlərimiz düz getmir"

"Nədirsə, işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, komandanı hər oyuna tam istədiyikləri kimi hazırlaya bilmirlər: "Səhvlərimiz var. Bunu danmırıq. "Zirə" layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq".


Müəllif: Teleqraf.com
Seçilən
10
teleqraf.com

1Mənbələr