Yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Mask Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyini (USAID) kəskin tənqid edərək, onu cinayətkar təşkilat adlandırıb...
Poliqon bu barədə Bu barədə "RİA Novosti" nəşrinə istinadən xəbər verir.
“USAID cinayətkar təşkilatdır. Onun ölmə vaxtıdır”, Mask deyib.
Bundan əvvəl Mask USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” adlandırmışdı.
Qeyd edək ki, fevralın 2-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ukraynaya yardım göstərən “X” sosial şəbəkəsində rəsmi internet səhifəsi işləmir. Sayta daxil olmaq cəhdləri müvəqqəti əlçatmazlıq və ya ünvanın daimi dəyişməsi barədə mesajla nəticələnir. Saytın bağlanmasının səbəbləri hələ də bəlli deyil. İddia edilir ki, bağlanma ABŞ prezidenti Donald Tramp administrasiyasının USAID-ə nəzarəti Dövlət Departamentinə ötürmək qərarı ilə bağlıdır.
Poliqon.info