AZ

Qiyməti 1 milyard avroya çatdı

“Barselona” gənc futbolçusu Pedri ilə müqaviləni yeniləyib.

22 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilin yayına qədər razılaşdırılan sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən, futbolçunun sərbəst buraxılması üçün 1 milyard avro ödənilməlidi.

Pedri Kataloniya klubuna 2019-cu ildə “Las Palmas”dan transfer olunub. O, bu mövsüm “Barselona”nın heyətində 32 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
31
1
football-plus.az

3Mənbələr