AZ

“Yunayted”də ciddi itki

İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Lisandro Martinez zədələnib.

Müdafiəçi bu gün Premyer Liqanın XXIV turu çərçivəsində “Kristal Pelas”la görüşdə sıradan çıxıb.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim mətbuat konfransında Argentina millisinin üzvünün zədəsinin ciddi olduğunu bildirib:

“Düşünürəm ki, bu böyük bir problemdir. Bizim üçün həqiqətən çətindir, o, təkcə əla oyunçu deyil, həm də soyunub-geyinmə otağında güclü xarakterdir. Yaxın zamanda Martinezin durumuna aydınlıq gələcək”.

Qeyd edək ki, futbolçunun uzun müddət meydanlardan uzaq qalması gözlənilir.

Dembele PSJ-nin tarixinə düşdü

“İnter”in futbolçusu “Vilyareal”da

Niderland çempionatında qalmaqal: Oyunu 12 nəfərlə davam etdirdilər

Asensio İngiltərə yolunda

“Qalatasaray” Morata transferini açıqladı - RƏSMİ

Seçilən
2
apasport.az

1Mənbələr