Amerikalı milyarder, Tesla, SpaceX və X sosial şəbəkəsinin sahibi İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə özünün "X"dəki səhifəsində yazıb.
"USAID cinayətkar təşkilatdır", - o bildirib.
Daha bir paylaşımında İ.Mask USAID-in amerikalıların vergilərini istifadə edərək bioloji silah təhqiqatları apardığını açıqlayıb:
"USAID-in SİZİN vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?".
Bundan əlavə, amerikalı milyarder USAID-in fəaliyyətindəki qanunsuzluqlar, təşkilatın Əfqanıstanda heroin istehsalını maliyyələşdirməsi, USAID-in Sorosun maliyyələşdirdiyi prokurorlara nəzarət edən təşkilata 27 milyon dollar ayırması və təşkilatın bir sıra digər qanunsuzluqları ilə bağlı müxtəlif şəxlərin paylaşımları ilə razılaşıb və onları öz səhifəsində paylaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/02/03/1261237_(4).jpg)
![](https://news.milli.az/media/2025/02/03/1261237_(3).jpg)
![](https://news.milli.az/media/2025/02/03/1261237_(1).jpg)
![](https://news.milli.az/media/2025/02/03/1261237_(2).jpg)