Türkiyədə Mərmərə dənizinin səthində selik onun həddindən artıq çirklənməsinə görə yaranıb...
Poliqon xəbər verir ki, bunu meteoroloq və İstanbul Aydın Universitetinin professoru Güvən Özdəmir "RİA Novosti" nəşrinə deyib.
Onun sözlərinə görə, 1950-ci illərdən ora fabriklərin tullantıları və çirkab suları axıdıldığı üçün dənizin ekosistemi dağılıb. Bu səbəbdən dəniz canlılarının yaşayış sahəsi azalıb və onların mövcudluğu təhlükə altındadır. Vəziyyəti həm də yerli sakinlərin sayının artması, çoxlu sayda sənaye obyektləri, qumlu çimərliklərin dağıdılması və infrastrukturun olmaması da gərginləşdirir.
“Bəzi fauna növləri tamamilə yox olmaq təhlükəsi altındadır. Bu çirklənmə nəticəsində Mərmərə dənizinin müxtəlif hissələrində vaxtaşırı dəniz lilləri müşahidə olunur”, meteoroloq bildirib.
O, əlavə edib ki, dalğalar və külək seliyi çimərliklərə aparır.
Poliqon.info