AZ

Krutoy təsdiqlədi: Lukaşenko ilk səfərini bu ölkəyə edəcək!

Belarus Prezidenti Aleksandr Lukaşenko ilk xarici səfərini Rusiyaya edəcək.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoy deyib.

“İlk səfərini Lukaşenko özü açıqladı. Bu, sözsüz ki, Rusiya Federasiyasıdır. Rusiya prezidenti ilə danışıqları olacaq. Bununla bağlı bir sıra tədbirlər mümkündür. Hazırda biz onların üzərində işləyirik", - Krutoy bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko yanvarın 26-da keçirilən prezident seçkilərində 86,82% səslə qalib gəlib.

Seçilən
19
axar.az

1Mənbələr