AZ

“Milan”a argentinalı bombardir gəlir

“Milan” heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındı.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu “Feyenoord”dan Santyaqo Ximenesi transfer edəcək. Niderland klubu “Milan”ın 23 yaşlı mərkəz hücumçusu üçün göndərdiyi sonuncu təklifi qəbul edib. Romano “Milan”ın futbolçuya görə bonuslar da daxil olmaqla 35 milyon avrodan çox pul ödəyəcəyini bildirib.

Ximenes “Feyenoord”da 2022-ci ildən çıxış edir. Meksika yığmasının hücumçusu cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
17
football-plus.az

1Mənbələr