Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Fiorentina” – “Cenoa” matçında meydan sahibləri qələbə qazanıblar. “Yuventus” doğma meydanda qarşılaşdığı “Empoli”yə böyük hesabla qalib gəlib. “Milan” – “İnter” derbisində qalib müəyyənləşməyib. “Roma” isə doğma meydanda lider “Napoli” ilə “sülh bağlayıb”.
23-cü tura fevralın 3-də keçiriləcək “Kalyari” – “Latsio” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
23-cü tur
31 yanvar
Parma – Leççe 1:3
Qollar: Valeri, 34-pen – Krstoviç, 36. Pyerotti, 63; 90+3.
1 fevral
Montsa – Verona 0:1
Qol: Lekoviç, 13-öz qapısına.
Udineze – Venesiya 3:2
Qollar: Lukka, 47. Lovriç, 52. Bravo, 84 – Nikolussi, 64. Qyutkyaer, 78.
Atalanta – Torino 1:1
Qollar: Cimsiti, 35 – Maripan, 40.
Bolonya – Komo 2:0
Qollar: De Silvestri, 25. Fabbian, 66.
2 fevral
Yuventus – Empoli 4:1
Qollar: Kolo Muani, 61; 64. Vlahoviç, 90. Konseysao, 90+2 – De Şilyo, 4.
Fiorentina – Cenoa 2:1
Qollar: M.Kin, 9. Qudmundsson, 30 – De Vinter, 55.
Milan – İnter 1:1
Qollar: Reynders, 45 – De Vrey, 90+3.
Roma – Napoli 1:1
Qollar: Anxelinyo, 90+2 – Spinatsola, 29.
3 fevral
23:45. Kalyari – Latsio