AZ

Aslan Misirdə Zoopark İşçisinə Hücum Etdi, Adam Öldü

Misirin eyniadlı əyalətində yerləşən El Fayoum şəhərində zooparkın işçisi aslanın hücumuna məruz qalaraq dünyasını dəyişib.

Youm7 qəzetinin məlumatına görə , ölən 47 yaşlı zooparkın mühafizəçisi olub. O, müvazinətini itirərək aslan qəfəsinə düşüb, bundan sonra yırtıcı ona ölümcül kəllə-beyin travması verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları aslanı güllələmək qərarına gəliblər. Zoopark müvəqqəti olaraq bağlanıb.

Bundan əvvəl “Hindustan Times” qəzeti Hindistanda bir pələngin odun yığan fermeri yediyi hadisə barədə məlumat vermişdi.

DOĞRU.AZ

Seçilən
24
dogru.az

1Mənbələr