AZ

Papadan xristian liderlərinə müraciət: Müharibələri bitirin

Vatikan, 3 fevral, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı xristian liderlərini müharibələrə son qoymağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Papa Fransisk Vatikanda qeyd olunan Müqəddəs Yubiley İlində münaqişə zonalarında sülhə nail olunması istəyini ifadə edib.

“Hər şeyi, həyatı məhv edən müharibəyə yox deyək. Həyata hörmətsizlik hər kəs üçün məğlubiyyətdir. Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Mən bu yubiley ilində, xüsusən də xristian inancının liderlərinə müraciətimi yeniləyirəm ki, onlar bütün davam edən münaqişələrə son qoymaq üçün sülh danışıqlarına maksimum səy göstərsinlər. Gəlin, Ukraynada, Fələstində, İsraildə, Livanda, Myanmarda, Sudanda, Şimali Kivuda sülh üçün dua edək”, - deyə, pontifik vurğulayıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
29
11
azertag.az

9Mənbələr