AZ

Qida sektorundakı sahibkarlara yenilik: Azərbaycanda ilk akkreditasiyalı özəl mikrobioloji laboratoriya nə vəd edir?

Qida sektorunda risklər

Ölkəmizin hər bir nöqtəsində demək olar ki, hər gün market şəbəkələrində bolluq və rifah göstəricisi olan ad və çeşidi dayanmadan artan qida məhsulları, əhalimizin gözəl anlarını keçirmək üçün fəaliyyət göstərən restoran və kafelər görürük… Bu seçimi təqdim edən sahibkarlar və onların istehsal etdiyi məhsullar bizim üçün nə qədər təhlükəsizdir? Ölkədə tənzimləyicinin müəyyən etdiyi qaydalara əməl olunurmu? 

Sosial medianın rəy yaratmaqda və yaymaqda böyük rol oynadığı, hər kəsin öz smartfonu ilə bir sayt və ya TV olduğu bir vaxtda isə bircə foto və ya qısa bir video ilə nüfuzunu itirmək olur. Qida ilə bağlı hər hansı problem yarandıqda istehlakçılardan “Cavabına etibar ediləcək müstəqil laboratoriya varmı?” sualı eşidilir. Elə sahibkarları da bu sual az maraqlandırmır.  

Sağlam və təhlükəsiz həyat üçün Mikrobiolab MMC

"Mikrobiolab" mikrobioloji laboratoriyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq qurumları tərəfindən akkreditasiyadan keçmiş ilk özəl ixtisaslaşmış mikrobioloji laboratoriyadır. 

İstehsal prossesinin hər bir nöqtəsində, eyni zamanda hazır məhsulun rəf ömrünün təyini də daxil olmaqla sahibkarlara, eyni zamanda istehlakçılar olan hər birimizə çevik və dəqiq analizlər üçün müvafiq texniki təchizata, professional heyətə, eyni zamanda təcrübəyə malik olan laboratoriyaların olması zəruridir. Mikrobioloji laboratoriyalar ictimai sağlamlığın və qida təhlükəsizliyinin keçikçisi hesab olunur.

"Mikrobiolab" MMC məhz bu məqsədlə yaradılmış və artıq yerli bazarda qida sahəsində aparıcı şirkətlərin seçimi olan laboratoriyadır. 

Laboratoriya ən müasir tələblər nəzərə alınmaqla fəaliyyət göstərir və ilk növbədə, ciddi təhlükəsizlik protokolları tətbiq edilir və burada çalışan laboratoriya personalı, beynəlxalq məsləhətçilərin gündəlik tövsiyyəsi ilə gündəlik işlərini icra edirlər. 

Keyfiyyəti idarəetmə sistemləri (Quality management systems – QMS)

Laboratoriya mütəxəssisləri bizə bildirdi ki, yüksək dəqiqiliyə malik cihaz və ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada sterilliyin və dəqiqliyin təminatı üçün nümunələrin işlənmə hərəkəti biristiqamətli qurulub – sadə desək, bir nümunənin işləndiyi otağa bir daha qayıtmaq imkanı yoxdur. 

“Mikrobiolab”-da ən müasir laboratoriyaların malik olduğu avtomatlaşdırılmış sistem tətbiq olunur. Avtomatlaşdırma, xüsusilə əkmə və inkubasiya kimi mərhələlərdə dəqiqliyi və effektivliyi təmin edir.

Keyfiyyəti idarəetmə sistemləri (QMS) Mikrobiolab-ın tətbiq etdiyi daha bir modern laboratoriya nailiyyətidir.  

“Mikrobiolab” qida mikrobiologiyası üzrə Böyük Britaniyanın LGC-inin (Böyük Britaniyanın kimyəvi və bioanalitik ölçülər üzrə Milli Metrologiya İnstitutu) səriştəlilik sınağında (LGC AXIO Proficiency Testing) yüksək nəticə əldə edib. Laboratoriyanın İSO 17025 standartının tələblərinə əsasən götürdüyü Salmonella analizinin nəticələrinin etibarlılığı QMS ilə qiymətləndirilərək təsdiqlənib. 

Sahibkarlar üçün laboratoriya həlləri

"Mikrobiolab" MMC istehlakçı etibarı və özünənəzarətin təmini üçün sahibkarlara genişspektrli laboratoriya həlləri təklif edir. Burada patogenlər – yəni xəstəlik törədə bilən mikroorqanizmlər, eyni zamanda, qeyri patogenlər – xəstəlik törətməyən, əksər hallarda faydalı funksiyalar yerinə yetirən, təbiətdə və insan bədənində geniş yayılmış mikroorqanizmlər üzrə dəqiq və tam standartlara cavab verən sınaqlar keçirilir. 

Laboratoriyada eləcədə də beynəlxalq təcrübəyə müvafiq, iqlimləndirmə, titrlənmə, su aktivliyi və s. cihazların tətbiqi ilə sürətləndirilmiş rəf ömrü təyini kimi xidmətlər də həyata keçirir. 

"Mikrobiolab" MMC həmçinin gigiyena sahəsində tam təchizata məxsusdur. 

Mikrobiolab” nə edir? 

“Mikrobiolab” mikrobioloji laboratoriyası:

-süd və süd məhsulları, 

-un və un məhsulları,

-meyvə suları, alkoqolsuz və digər içkilər,

-ət və ət məhsulları, digər heyvan mənşəli qidalar,

-hazır məhsullar və digər qidaların mikrobioloji parametrlərini yoxlayaraq, analiz nəticələrini təqdim edir. 

Parametrlər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının 3 noyabr 2020-ci il 19 nömrəli qərarı ilə təsdiqlənmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun olaraq yoxlanılır.  

Laboratoriya Salmonella, Koliform, Clostridium perfringens, Enterobakteriya, Bacillus cereus, Koaqulyaz müsbət stafilokoklar (Staphylococcus aureus), E. coli, kif və maya göbələkləri, Listeria, sulfid reduksiyaedici anaerob bakteriyalar, Rope (Bacillus subtilis), Enterokok, Pseudomonas aeruginosa kimi bakteriya və mikroorqanizmlərin təyini, eləcə də ümumi mikroorqanizmlərin sayının təyini ilə bağlı xidmətlər göstərir.

Sərfəli və sürətli xidmətlər

"Mikrobiolab" laboratoriyasının daha bir üstünlüyü də var: xidmətlərin sərfəli qiymətlərə olması. Bütün bu sadalanan, “Mikrobiolab”ın təqdim etdiyi sürətli və dəqiq nəticələrin qiymətləri də sahibkarları razı salır. Bu isə, kiçik və orta sahibkarlar üçün, xüsusilə yeni biznes sahibləri üçün çox vacibdir.

Yüksək dəqiqliyə malik avadanlıq və cihazlar, avtomatlaşdırma və keyfiyyətin idarəetmə sistemi, sterillik hər bir nümunəni xüsusi diqqətlə analiz etməyə və nəticələri çox qısa müddətdə əldə etməyə imkan verir. Bu da zamanının qiymətini bilən sahibkarlar üçün böyük dəyərə malikdir.

Sağlam həyat - sağlam biznes 

Uzunmüddətli biznes perspektivi olan heç bir sahibkar məhsulunun müştəri süfrəsinə və ya boşqabına keyfiyyətini itirərək gedib çıxmasını istəmir. 

İstehlakçı etibarı – müştəri loyallığı bazar rəqabəti mühitində sahibkarın ən böyük qazancıdır. Qida sektorunda çalışan sahibkara bu etibarı və loyallığı onun məhsulunun keyfiyyətini sübut edən, bütün tərəflərin – istehlakçının da, sahibkarın da, nəzarətçi dövlət qurumunun da güvəndiyi laboratoriya sənədi qazandıra bilər. 

mikrobiolab mikrobioloji laboratoriya sınaqlar analiz qidae.coli kif və maya göbələklər listeria sulfid bakteriyalar rope bacillus subtilis enterokok pseudomonas aeruginosa mikroorqanizmlər
Seçilən
25
marja.az

1Mənbələr