Lankaster Universitetinin britaniyalı alimləri badamcıqların cərrahi yolla çıxarıldıqdan sonra bərpa oluna biləcəyini müəyyən ediblər.
“Report” xəbər verir ki, araşdırma “The Conversation” portalında dərc olunub.
Limfa sistemin bir hissəsi olan badamcıqlar bədənin infeksiyalardan qorunmasında mühüm rol oynayır. Ancaq xroniki iltihablarda bunlar çıxarılmalıdır. Badamcıqların yalnız bir hissəsinin çıxarıldığı qismən tonzillektomiya onların mümkün yenidən böyüməsinin səbəblərindən biridir.
Bu üsul bərpa müddətini qısaldır və ağırlaşma riskini azaldır, lakin xəstələrin təsminən 6 %-də, xüsusən uşaqlarda badamcıqlar yenidən böyüyə bilər ki, bu da bəzən yenidən əməliyyat tələb edir. Tədqiqatçılar, uşaqlıq ilərində çıxarıldıqdan 40 il sonra badamcıqları tamamilə bərpa olunan Keti Qolden adlı ABŞ vətəndaşının xəstəlik hadisəsinə baxıblar.
Alimlərin fikrincə, orqanların yenidən böyüməsi onların qalıq toxumasının yeni iltihaba məruz qaldığı hallarda baş verir.
Badamcıqlarin bərpası orqan bərpasının yeganə nümunəsi deyil. Məsələn, qaraciyər, toxumasının yalnız 10 %-ni qoruyarkən belə tam ölçüyə qədər bərpa edə bilir. Dalaq da inanılmaz bir bərpa qabiliyyətinə malikdir: zədələnmədən və ya çıxarıldıqdan sonra fraqmentlər qarın boşluğunda "kök sala" bilər və öz funksiyalarını yerinə yetirməyə davam edir.
Son bir neçə ildə ağciyərlərin də yenilənmə qabiliyyətinə sahib olduğu göstərilib. Siqaret çəkmə və digər çirkləndiricilərin oksigenin qana daxil olduğu alveolları (kiçik hava kisələri) məhv etdiyi məlumdur.