Bakı. Trend:
İspaniyalı futbolçu Alvaro Morata İtaliyanın "Milan" klubundanicarə əsasında Türkiyənin "Qalatasaray" klubuna keçib.
Trend-in məlumatına görə, bu barədə "Qalatasaray" klubununmətbuat xidməti bildirib.
Hücumçunun icarə müddəti mövsümün sonuna kimi hesablanıb.Türkiyə klubunun yayda futbolçunu almaq hüququ var.
Qeyd edək ki, 32 yaşlı Alvaro Morata 2024-cü ilin iyulunda 4illik müqavilə əsasında "Milan"a keçib. Futbolçu komandanınheyətində 25 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə edib.Klubla birlikdə ispaniyalı İtaliya Superkubokunun qalibi olub.