2024-cü ildə Robusta qəhvəsinin qiyməti iki dəfədən çox, Arabica isə 80% bahalaşıb. Beləliklə, qəhvənin qiyməti son 47 ildə ən yüksək həddə çatıb
Marja xəbər verir ki, ötən cümə günü Arabica qəhvəsinin birja qiymətlərində yeni rekord qeydə alınıb. Ticarət məlumatlarına görə, Arabica qəhvəsinin 1 tonunun qiyməti 8,27 min dolları keçib. Ticarət zamanı qiymət rekord həddə yüksələrək hər funt üçün 3753 dollara və ya ton üçün təxminən 8274 dollara yüksəlib.
İstehsalçılar bildirib ki, qiymətlərin artamasının səbəb hava şəraitinin əlverişsiz olması səbəbindən məhsulun az olmasıdır. Qiymətə anbarlardakı ehtiyatların miqdarı, qanunvericilik təşəbbüsləri və inflyasiya da təsir edir.
Qəhvə qiymətlərinin artmasına baxmayaraq, qəhvə həvəskarlarının sevimli içkilərindən həzz almağa davam edəcəkləri və bazarın yeni şərtlərinə uyğunlaşacaqları gözlənilir.