ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerikanın maliyyə yardımı olmasa, Kanada mövcudluğunu dayandıracaq.
"Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Niyə? Heç bir səbəb yoxdur. Onların malik olduğu heç bir şeyə ehtiyacımız yoxdur. Enerjimiz var, öz maşınlarımızı düzəltməliyik və istifadə edə biləcəyimizdən daha çox ağaca sahib olmalıyıq. Böyük məbləğdə subsidiyalar olmadan Kanada "yaşayan ölkə kimi mövcud olmağı dayandıracaq", -Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olması zərurətini “reallıq” adlandırıb: "Vergilər daha aşağıdır, Kanada xalqı üçün daha yaxşı hərbi müdafiə və heç bir tarif yoxdur".
Bundan əvvəl Tramp Kanadadan gələn mallara 25%, enerji məhsullarına isə 10% əlavə rüsumlar tətbiq edən sərəncam imzalayıb. Yeni tariflər fevralın 4-dən qüvvəyə minəcək. Buna cavab olaraq, Kanada hakimiyyəti ABŞ-dan gələn mallara oxşar rüsumlar tətbiq edib.