AZ

Rusiya Gürcüstandan meyvə və giləmeyvə alışını rekord həddə çatdırıb

Rusiyanın Gürcüstandan meyvə, giləmeyvə və qoz-fındıq idxalı ötən il iki ölkə arasında ticarət tarixində ən yüksək səviyyəyə qalxıb.

Marja.az xəbər verir ki, bu barədə Gürcüstanın statistika xidmətinin məlumatından məlum olur.

2024-cü ildə Rusiya Gürcüstandan 98,7 milyon dollar dəyərində meyvə, giləmeyvə və qoz-fındıq alıb. İllik artım tempi cəmi 3,2% olsa da, bu, idxalın tarixi maksimuma çatması üçün kifayət idi. 

Rusiya Gürcüstandan ən çox şaftalı, giləmeyvə və mandarin alıb. Bunlardan əlavə, Gürcüstan Rusiyaya xeyli miqdarda alma, armud, fındıq, əncir və üzüm də ixrac edib. 

Rusiya Gürcüstan üçün meyvə, giləmeyvə və qoz-fındığın əsas satış bazarına çevrilib. Gürcüstandan bu məhsulların beş alıcısı siyahsına Ermənistan (27 milyon), İtaliya (18,2 milyon), İspaniya (14,6 milyon) və Almaniya (12,6 milyon) da daxildir.

Seçilən
30
marja.az

1Mənbələr