AZ

Tramp yenə də Kanadanı ABŞ-ın "51-ci ştat"ı olmağa çağırıb

ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara rüsumların tətbiqi ilə bağlı fərman imzalayıb və bu, fevralın 4-dən qüvvəyə minəcək. Sonra o, yenidən Torontoya üz tutaraq, Kanada ABŞ-ın 51-ci ştat olmağa çağırıb.

Bu barədə Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat yayılıb.

"Biz Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Niyə? Heç bir səbəb yoxdur. Onların sahib olduqlarının heç birinə ehtiyacımız yoxdur" deyə yazır.

Amerika prezidenti öz postunda ABŞ-ın qeyri-məhdud enerjiyə malik olduğunu, öz avtomobillərini istehsal etməli olduğunu və ölkənin indiyə qədər istifadə edə biləcəyindən daha çox iqtisadi imkanlara malik olduğunu bildirib. Onun sözlərinə görə, Kanada da öz növbəsində ABŞ-dan subsidiyalar olmadan mövcud ola bilməz.

"Bu böyük subsidiya olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Buna görə də Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir ,"- Tramp yekunlaşdırıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
6
oxumeni.az

1Mənbələr