AZ

Netanyahunun həyat yoldaşı ilə bağlı istintaq başladı

İsrail polisi Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Saranın şahidi qorxutmaq və həyat yoldaşına qarşı məhkəmə prosesinə müdaxilə etmək cəhdləri ilə bağlı araşdırmaya başlayıb, 

Söz.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. 

İttihamlar 2024-cü ildə N12 telekanalının efirində səsləndirilib. Jurnalistlər iddia ediblər ki, Sara Netanyahu həyat yoldaşının köməkçisinə siyasətçiyə qarşı qaldırılan üç işdən birində şahid olan şəxsə təzyiq göstərmək üçün etiraz aksiyaları təşkil etməyi tapşırıb.

Müxalifətdən olan İsrail Knessetinin üzvü Naama Lazimi prokurorluğun baş nazirin həyat yoldaşı ilə bağlı təhqiqata başlandığını bildirib.

Dekabr ayında o, şöbəyə müvafiq sorğu təqdim edib.

Seçilən
15
soz.az

1Mənbələr