AZ

Kabab bişirəndə kiçik bir yanıqdan komaya düşdü, 2 ayağı amputasiya olundu - 40 yaşlı kişinin inanılmaz hekayəsi

Kabab bişirəndə kiçik bir yanıqdan komaya düşdü, 2 ayağı amputasiya olundu -

ABŞ-da yaşayan 40 yaşlı Maks Armstronq düşərgə zamanı manqal yandırarkən aldığı kiçik yanığın həyatını kabusa çevirəcəyini bilmirdi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, 2024-cü ilin dekabr ayında dostları ilə düşərgə edərkən baş barmağını yandırdı. Yaranan kiçik yanıq, üzərinə sarğı tətbiq etməklə nəzərə alınmadı və bu səbəbdən infeksiya yaranmasına imkan verərək strep A bakteriyasının bədənə daxil olmasına yol açdı. Bakteriyalar bədənə yayıldıqca sepsis inkişaf etdi, nəticədə xəstəlik sürətlə yayıldı və ciddi tibbi problemlərə səbəb oldu.

Armstronq, yanıqdan bir neçə gün sonra sol ayağında şişlik, ağrı və dırnaqların qaralması kimi simptomlar hiss etməyə başladı. 6-cı gündə xəstəxanaya yerləşdirildikdən sonra həkimlər tərəfindən sepsis diaqnozu qoyulub və infeksiyanın daha da yayılmasının qarşısını almaq məqsədilə koma vəziyyətinə salındı. 13 dekabrda altı günlük komadan sonra oyandığında həkimlər, sepsisin ayaqlarına yayıldığını bildirərək hər iki ayağının amputasiya edilməsini tövsiyə etdilər.

23 dekabr 2024-cü ildə həyata keçirilən üç saatlıq əməliyyatla hər iki ayağı amputasiya edildi. Armstronq, əməliyyatdan sonra ayaqlarını itirdiyini başa düşəndə həm psixoloji, həm də emosional olaraq şoka düşdü, həmçinin yeni həyatına uyğunlaşmaqda çətinlik çəkdi. 16 günlük fiziki müalicə prosesi ilə əlil arabasına alışaraq gündəlik həyatına uyğunlaşmağa çalışdı. 29 yanvar 2025-ci ildə xəstəxanadan tərxis olunaraq sosial dəstək və yardım kampaniyaları sayəsində həyatına davam etməyə başladı.

Sepsis, bədənin infeksiyaya qarşı ən ekstremal reaksiyası olub, qan yoluyla yayılan infeksiyanın toxumalara zərər verməsi nəticəsində orqan funksiyalarının pozulmasına səbəb ola bilər. Sepsisin əlamətləri arasında yüksək hərarət, ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı, qusma, halsızlıq, idrar etmə çətinliyi və aşağı qan təzyiqi yer alır. Sepsis aşkar edildikdə dərhal tibbi müdaxilə tələb olunur, çünki hər saat önəmlidir və erkən müalicə həyatı qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
51
e-saglam.az

1Mənbələr