Həştərxan və Volqoqrad hava limanlarında təyyarələrin gəlişi və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb...
Poliqon xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
Departamentin nümayəndəsi bildirib ki, Volqoqrad hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 5:45-də götürülüb. Eyni zamanda, Həştərxan hava limanı Moskva vaxtı ilə saat 5:57-də normal fəaliyyətini bərpa edib.
Bir neçə saat əvvəl Rusiyanın bir sıra hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Söhbət Həştərxan, Kazan, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanlarından gedir. Hadisənin səbəbləri açıqlanmayıb.
Poliqon.info