İsrail hakimiyyəti HƏMAS ilə atəşkəs razılaşması çərçivəsində şənbə günü 183 fələstinli məhbusu azad edib.
Busaat.az xəbər verir ki , bu barədə “The Times of Israel” məlumat yayıb.
Sərbəst buraxılan fələstinlilərin bəziləri İordan çayının qərb sahilinə, digərləri isə Qəzza zolağına aparılıb.
Fevralın 2-də Həmas üç girovu İsrail tərəfinə təhvil verib.
Son həftələr tərəflər Qəzza zolağında atəşkəsin birinci mərhələsinə dair razılaşma çərçivəsində mütəmadi olaraq belə mübadilələr aparırlar.