AZ

Ya Panama kanalını geri alacağıq, ya da… - Tramp

ABŞ prezidenti Donald Tramp Endryus Birgə Bazasında jurnalistlərə açıqlama verib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Tranp vəzifəyə gəldikdən sonra ilk çıxışında daha əvvəl gündəmə gətirdiyi "Panama kanalının geri alınması" məsələsinə də toxunub.

"Panama kanalını Çin idarə edir. Biz onu Çinə yox, Panamaya verdik və biz onu geri alırıq”, - deyə Ağ Ev sahibi vurğulayıb.

Qeyd edək ki, Panama prezidenti Xose Raul Mulino Donald Trampın sözlərinə yanvarın 20-də X-də dərc etdiyi açıqlamada “Panama kanalı Panama məxsusdur və belə qalacaq” deyərək cavab verib:

“Trampın “Panama kanalını Çin idarə edir” iddiasının konkret əsası olmasa da, Çinin Panamada böyük sərmayələri olduğu və bu ölkənin Tayvanla diplomatik əlaqələri kəsdiyi məlumdur”.

Murad Məmmədli

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr