AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
3 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
3 fevral 1488-ci ildə Portuqal səyyah Bartolomeu Dias Afrika qitəsinin ən cənub nöqtəsi olan Ümid Burnuna çatıb.
3 fevral 2004-cü il. Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib:
Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.
3 fevral 1939-cu ildə Azərbaycanlı fizik, fizika-riyaziyyat elmlər doktoru, professor Azad Abbaszadə anadan olub:
Onun tədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunub. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informaaiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif edib.
O, 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olub.
3 fevral 1982-ci ildə SSRİ modeli “Mi-26” helikopteri 57 ton yükü 2000 metr yüksəkliyə qaldırıb:
Bu rekord hələ təzələnməyib.