AZ

Qayalar yola düşdü: 1000-dən çox insan...

Fransanın cənub-şərqindəki Savoya əyalətindəki istirahət mərkəzlərinə gediş-gəlişi təmin edən RN90 magistral yoluna 3 iri qaya düşüb.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bir avtomobil sürücüsünün yüngül xəsarət aldığı hadisədə yolda hərəkət dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.

Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki sığınacaq mərkəzlərində gecələməli olub.

Savoie qubernatorluğu magistral yolda zədələnmiş təmir işlərinin davam etdiyini və nəqliyyatın normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyini açıqlayıb.

Günel Məlikzadə

Seçilən
45
news24.az

1Mənbələr