Braziliya Superkuboku uğrunda “Botafoqo” və “Flamenqo” komandaları arasında görüş keçirilib.
Fanat.Az xəbər verir ki, yağış səbəbindən 1 saat fasilə verilən qarşılaşma sabiq "Qarabağ"ı Juninyonun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Flamenqo"nun heyətində Bruno Enrike dubl edib, Luis Arauxo isə daha bir qol vurub. "Botafoqo"nun yeganə qoluna isə Patrik de Paula imza atıb. Juninyo matçın 80-ci dəqiqəsində - hesab 2:0 olarkən əvəzetmədən oyuna qoşulub.
Qeyd edək ki, "Flamenqo" tarixində dördüncü dəfə Braziliya Superkubokunu qazanıb. "Botafoqo" isə turnirin finalında ilk dəfə iştirak edib.
Mirağa