"Trabzonspor" Klubu Umut Bozokla yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, futbolçu Umut Dilan Bozok arasında 31.08.2019 tarixində başlayan və 31.05.2025-ci il tarixində bitəcək müqaviləyə bu gün xitam verilib: "Qarşılıqı razılaşma əsasında müqavilə ləğv olunduğundan Umut Bozoka təzminat ödənilməyəcək".
Fərid ASLAN
Mia.az