AZ

Rahil Məmmədov oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Rahil Məmmədov Polşa çempionatında növbəti oyununa çıxıb.

Futbol üzrə Polşa çempionatında 19-cu turun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" səfərdə "Yaqelloniya"nın qonağı olub.

Matç ev sahiblərinin 5-0 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Seçilən
28
operativmedia.az

1Mənbələr