AZ

Bəzi qadınların tənbəllikdən etmədiyi bu iş əslində xəstəlikdən qoruyurmuş - Mütəxəssislərdən inanılmaz açıqlama

Bəzi qadınların tənbəllikdən etmədiyi bu iş əslində xəstəlikdən qoruyurmuş -

Yuxu hər birimiz üçün önəmlidir və bir çoxumuz yatağımızın düzülüşünə xüsusi diqqət yetiririk. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, yuxudan oyanan kimi yatağımızı yığmamalıyıq. Yeni araşdırmalar, bu vərdişin sağlamlığımıza zərər verə biləcəyini göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yatağınızı dərhal düzəltmək, nə qədər mütəşəkkil olduğunuzu göstərsə də, bu, sağlamlığınız üçün təhlükə yarada bilər. MattressNextDay şirkətinin baş direktoru və yuxu mütəxəssisi Martin Siley, yatağınızı düzəldərək hava almayan bir mühit yaratdığınızı və bunun toz gənələrinin və allergenlərin çoxalmasına səbəb olduğunu bildirir. Tərli, nəmli mühitlər toz gənələrinin çoxalması üçün əlverişli şərait yaradır və hər gecə bir insanın 500 ml tərləməsi, bu mühitin yaranmasına kömək edir.

Siley, yatağınızı bir müddət səliqəsiz buraxıb günəş işığına məruz qoymağı tövsiyə edir. Günəş işığı, toz gənələrinin çoxalmasının qarşısını alır və dezinfeksiyaedici xüsusiyyətləri ilə bəzi bakteriya və gənələri öldürür. O, həmçinin yay aylarında toz gənələrinin artmasının səbəbi olan yüksək rütubətə qarşı yatağınızın qışın sonuna qədər havalandırılmasına icazə verilməsinin vacibliyini qeyd edir. Bu zaman rütubət səviyyəsi azalacaq və allergenlərin çoxalması azaldılacaq.

Toz gənələri zərərsiz kimi görünsə də, dünya əhalisinin təxminən 10%-i onlara qarşı allergiyaya malikdir. Toz gənələri, astma kimi tənəffüs problemlərinə də səbəb ola bilər. Yuxu mütəxəssisləri bu səbəbdən yatağınızı dərhal düzəltməkdən çəkinməyinizi və yatağınızı gün ərzində havalandırmağınızı tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
14
e-saglam.az

1Mənbələr