AZ

“QHGT Gənclər Həftəsi” adlı tədbir davam edir - FOTOLAR

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “QHGT Gənclər Həftəsi” adlı tədbir davam edir.

QHT.az xəbər verir ki, tədbirin ikinci günündə kənd təsərrüfatı üzrə mütəxəssis Sona Abdullayeva tərəfindən kənd təsərrüfatının səhiyyə, biomüxtəliflik, qlobal ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi ilə kəsişmələri haqqında məlumatlar təqdim edilib.

Gün ərzində iştirakçılar müxtəlif tanışlıq və “Icebreaking” oyunlarında iştirak ediblər.

Seçilən
14
qht.az

1Mənbələr