Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərində yük maşını və minik avtomobillərinin körpüdən aşması nəticəsində 3 nəfər ölüb, iyirmidən çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
"Şanlıurfanın Birecik rayonunda əyləci nasaz olan yük maşını qarşıdakı avtomobillərlə birlikdə körpüdən uçub", - telekanal xəbər verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, qəzada ölən və yaralananlar Türkiyə vətəndaşlarıdır.