Kanadanın Baş naziri Castin Trüdo 155 milyard dollara qədər olan Amerika mallarına 25% tarif tətbiq etdiyini açıqlayıb. Ottava Vaşinqtonun Kanadadan gələn enerji məhsullarına 10%, digər məhsullara isə 25% rüsum tətbiq etmək qərarına belə cavab verib.
?Bunun sizin, Amerika xalqı üçün real nəticələri olacaq?, ? Cənab Trüdo xüsusi müraciətində söyləyib.
Kanadanın baş naziri bildirib ki, ABŞ-nin tətbiq etdiyi tariflər ərzaq və digər malların bahalaşmasına səbəb olacaq. ?Ağ Evin bugünkü hərəkətləri bizi birləşdirmir, ayırır?, ? cənab Trüdo əlavə edib.
Kanada hökuməti bir sıra qeyri-tarif tədbirləri nəzərdən keçirir. Hansı ki, minerallara və enerji təchizatına təsir edə bilər, deyə Baş nazir əlavə edib.
Xatırladaq ki, tariflərin artırılması Donald Trampın seçkiqabağı vədi olub. O, bunu narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə izah edib. Kanadanın Baş naziri Castin Trüdo söz verib ki, ölkə ABŞ-nin tariflərinə dərhal cavab verəcək. Ottava ABŞ-yə elektrik və enerji təchizatının dayandırılmasını istisna etməyib.