AZ

Türkiyə Suriyada hərbi bazalar tikməyi planlaşdırır

Türkiyə

Türkiyə Suriyada F-16 qırıcılarının yerləşdirilməsi üçün iki hərbi baza tikməyi planlaşdırır. “Ulusum”.az xəbər verir ki, bu barədə Türkiye qəzeti məlumat yayıb.Bu, Türkiyə və Suriya arasında mümkün birgə müdafiə sazişi ilə bağlıdır. Sazişə əsasən, Ankara Dəməşqə təhlükə yarandığı təqdirdə ona kömək göstərəcək və Suriya ordusunu təlimləndirəcək.Bundan əlavə, Suriya Türkiyədən İsraillə sərhədin nəzarət edilməsi üçün PUA-lar, radarlar və REB sistemləri tələb edib. İlk PUA partiyasının yaxın zamanda tədarük ediləcəyi gözlənilir. Rəsmi qurumlar hələlik bu xəbərlərə şərh verməyib.Fevralın 2-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyanın yeni hakimiyyəti üçün əsas prioritetlər enerji sektorunun və hava nəqliyyatının bərpasıdır. O, bu addımların ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyinə ümid etdiyini vurğulayıb. Fidan həmçinin Suriyanın beynəlxalq sanksiyalardan azad olunmasının və bütün silahlı qruplaşmaların vahid milli orduya birləşdirilməsinin vacibliyini qeyd edib.Səidə

Diqqət Çəkənlər

Sağlamlıq üçün əvəzedilməz nemət

Təbii Möcüzə - Çay Ağacı Yağı

Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər

Seçilən
25
ulusum.az

1Mənbələr