Amerika Birləşmiş Ştatları Rusiya və Ukrayna ilə təmaslar planlaşdırıb.
OXU24.COM xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalında bildirib.
“Müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız planlaşdırılır”, - o qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, həftəsonu gərgin keçib və müzakirələr kifayət qədər yaxşı gedir.
Fevralın 1-də Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olduğunu təkrar edərək, “əhəmiyyətli” nəticələrə ümid etdiyini bildirib. Kreml də öz növbəsində ABŞ prezidentinin komandasından konkret təkliflərin alınmadığını iddia edib.