Şimali amerikalı jurnalist Duqlas MakKinnon “Vaşinqton Kapitals” klubunun hücumçusu və kapitanı Aleksandr Oveçkinin Rusiya prezidenti ola biləcəyi barədə fikir bildirib.
Publika.az xəbər verir ki, Duqalas bu barədə “Fox News”dakı məqaləsində bildirib.
“Oveçkin, yəqin ki, NHL-də oynamış ən yaxşı beş xokkeyçidən biridir. Oveçkinin həyatını və karyerasını izləyən hər kəs onun xarakterli bir insan olduğunu bilir. O, böyük ər, ata, dost, komanda yoldaşı və səxavətli xeyriyyəçi kimi tanınır.
O, həm də vətəni Rusiyaya və onun xalqına sevgisi ilə tanınır. Gözlənildiyi kimi. Oveçkinin şöhrəti, xarizması və şəxsi alicənablığı onu Rusiyada sevimli şəxs edib.