Fevralın 3-nə keçən gecə Rusiyanın bir sıra bölgələri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Herbiand.az xəbər verir ki, Həştərxan vilayətində pilotsuz təyyarələr yanacaq-energetika kompleksinin obyektlərinə zərbə endirməyə cəhd edib. Bu barədə qubernator İqor Babuşkin məlumat verib.
Babuşkin bildirib ki, ən azı bir pilotsuz təyyarə qəzaya uğrayıb və yanğına səbəb olub. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.
“Baza” Telegram kanalı yerli sakinlərə istinadən xəbər verir ki, hücumun hədəfi qaz emalı zavodu olub.
Baza kanalının məılumatına göprə, Volqoqrad yaxınlığında “Lukoil” şirkətinə məxsus neft emalı zavoduna da hücum eolub.
Vilayət qubernatoru Andrey Boçarov zavodun vurulduğu barədə məlumat yayıb. Müəssisənin ərazisində yanğınlar baş verib, lakin tez bir zamanda söndürülüb, xəsarət alan olmayıb.
Fevralın 2-də axşam saatlarında Volqoqrad hava limanı iki saat ərzində reysləri qəbul etməyib və uçuşlar təxirə salınıb.
Fevralın 3-ü səhər saatlarında Həştərxan, Kazan, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanlarında da uçuşlara məhdudiyyətlər tətbiq edilib.