Əgər Kanada ABŞ-nin 51-ci ştatı olarsa, gömrük rüsumlarını ödəməli olmayacaq, bu barədə ?Truth Social? sosial şəbəkəsində ABŞ-nin yeni lideri Donald Tramp yazıb.
?Kanada bizim sevimli 51-ci ştatımız olmalıdır. Bu, ölkə əhalisi üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Və heç bir tarif yoxdur!?, ? deyə Tramp yazıb. O, həmçinin bildirib ki, ABŞ Kanadaya yüz milyardlarla dollar subsidiya ayırır. Və bu olmadan, Kanada ?yaşayışlı ölkə kimi mövcud olmağı dayandıracaq?.
Qeyd edək ki, ABŞ Kanada və Meksikadan gələn mallara 25%, Çindən gələn mallara isə 10% rüsum tətbiq edir. Tariflər çərşənbə axşamı, fevralın 4-dən qüvvəyə minəcək.
Buna cavab olaraq Kanada və Meksika ABŞ mallarına cavab rüsumlar tətbiq etdiyini açıqlayıblar. Kanadanın Baş naziri Castin Trüdonun sözlərinə görə, Trampın hərəkətlərindən amerikalılar özləri əziyyət çəkəcəklər.
Meksika prezidenti Klaudiya Şeynbaum iqtisadiyyat nazirinə ABŞ-yə qarşı cavab tədbirləri görməyi tapşırıb. Çin Trampın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) hərəkətlərinə etiraz edəcəyini və əks tədbirlər görəcəyini bildirib.