Trend. Bakı.
“Qoxumaq istəyirsənsə “X” klavişini sıx!”. Fərdi kompüterlərüçün yaradılmış yeni texnologiyanın prototipi istifadəçinin oyunzamanı sözün əsl mənasında kontekstdə uyğun müəyyən qoxular əldəetməsinə imkan verəcək.
Trend xəbər verirki, üzərində işlər aparılan yeni texnologiya haqda xarici KİV-lərdəməqalə dərc olunub.
Ingiltərənin Vorik Universitetinin (Warwick University) tədqiqatqrupunun hazırlamaqda olduğu eksperimental texnologiya yaxıngünlərdə keçirilən İnnovasiyalar Festivalında təqdim olunub.
Alimlər qoxu texnologiyası ilə insanın video oyun təcrübəsininvə təəsüratlarının nə dərəcədə dəyişəcəyini öyrənmək istəyir.Prototip qadjet kompüterə qoşulan xüsusi hazırlanmış başlıqdanibarətdir.
Oyuna aid olan xüsusi qoxular kiçik dozalarda borucuq vasitəsiləötürülür və oyunçunun qarşısında qurulmuş hava yelləyənlə(ventilyatorla) ətrafa yayılır. Texnologiya şirin ətirlərdəntutmuş, yanmış təkər iyinə, islanmış itdən gələn xoşagəlməz qoxuyakimi müxtəlif qoxuları ötürə bilir.