Braziliya Superkubokunun qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, Rio-de-Janeyrodakı həlledici görüşdə “Botafoqo” ilə “Flamenqo” qarşılaşıb.
Oyun “Flamenqo”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qış fasiləsində “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo Olavio matça ehtiyatdan başlayıb və yalnız 80-ci dəqiqədə meydana daxil olub.
Bununla Juninyo “Flamenqo”nun heyətində ilk titulunu qazanıb.