AZ

Tramp: Rusiya və Ukrayna hakimiyyət orqanları ilə təmaslar uğurla gedir...

ABŞ prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs Hərbi Hava Qüvvələri bazasında çıxış edərkən Rusiya və Ukrayna nümayəndələri ilə planlaşdırılan görüşlər və təmaslar barədə məlumat verib...

Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, planlaşdırılan görüşlərin müzakirəsi “olduqca uğurlu” gedir.

“Çox gərgin həftə sonu keçirdik. Biz İsraillə məşğuluq. Biz Ukrayna və Rusiya ilə məşğul oluruq. Bizim müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız planlaşdırılır”, deyə Donald Tramp bildirib,.

Qeyd edək ki, bir həftə əvvəl, yanvarın 27-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika tərəfi ilə təmasların hələ başlamadığını bildirmişdi. Vladimir Putin və Donald Tramp arasında mümkün telefon danışığına gəlincə, Ryabkov bu məsələdə heç bir anlaşmanın olmadığını qeyd etmişdi.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr