AZ

Mask USAİD təşkilatını "cinayətkar" adlandırdı, planetdə milyonlarla insanın ölümündə əli olduğunu bəyan etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hökumətin effektliliyinin artırılması idarəsinin rəhbəri İlon Mask Amerikanın Beynəlxalq İnkişaf Agentliyini (USAİD) cinayətkar təşkilat adlandırıb və onun "ölmək vaxtının çatdığını" - bağlanmalı olduğunu bəyan edib.

ABŞ-ın hökumətin effektliliyinin artırılması idarəsinin rəhbəri İlon Mask USAİD təşkialtını biosilahların, həmçinin COVİD-19-un hazırlanmasını maliyyənləşdirməkdə ittiham edib. 

Mask X şəbəkəsində yazıb: "Bilirsinizmi ki, USAİD sizin vergi ödəmələrinizdən gələn dolları xərcləyərək milyonlarla insanların ölümünə səbəb olan COVİD-19 da daxil olmaqla, bioloji silahların hazırlanmasını maliyyələşdirib".

Hürr Tərcüman

 

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr