AZ

USAID Tramp və Maskın hədəfində

ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyində gözlənilən istefalarını açıqlayıb.

Herbiand.az xəbər verir ki, Ağ Ev rəhbəri agentliyin "bir dəstə dəli radikallar tərəfindən” idarə olunduğunu bildirib.

"Biz onları aradan qaldıracağıq və sonra qərar verəcəyik".

USAID mülki xarici yardım və inkişaf əməkdaşlığının idarə edilməsinə cavabdehdir. Müstəqil agentliyin illik büdcəsi 42,8 milyard dollardır.

Yanvarda ABŞ prezidenti bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırıb. Yalnız humanitar yardım üçün istisna edildi. Ağ Ev rəhbəri bu vəsaitlərin bölüşdürülməsinin onun xarici siyasətinə uyğun olub-olmadığını yoxlamaq niyyətindədir.

Bundan əvvəl ABŞ prezidentinin yeni Hökumətin Səmərəliliyi Departamentinin rəhbərlərindən biri təyin etdiyi iş adamı İlon Mask da USAİD-i tənqid etmişdi. “Tesla” və “SpaceX”in sahibi agentliyi cinayət təşkilatı adlandırıb. O agentliyi bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

Mask iddialarının sübutu olacaq heç bir fakt təqdim etməyib.

ABŞ-ın əvvəlki administrasiyası bu cür ittihamları Rusiyanın dezinformasiya kampaniyası ilə əlaqələndirib.

Seçilən
6
herbiand.az

1Mənbələr