Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Nəqliyyat İdarəsi 5 ədəd yük avtomobili və 5 ədəd sərnişin avtobusu alır.
Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə "Azərmaş Park" MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Müqaviləyə əsasən, Nəqliyyat İdarəsi MMC-yə 466 000 AZN köçürəcək.
Qeyd: Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.
Cabir Həsənov
Tarix: 3 Fevral 2025, 09:43